Okt 20, 2019 13:19 Asia/Baku
  • Bir Avstraliya şirkəti tərəfindən ən uzun fasiləsiz uçuş rekordu qeydə alınıb
    Bir Avstraliya şirkəti tərəfindən ən uzun fasiləsiz uçuş rekordu qeydə alınıb

Avstraliya aviaşirkəti dünyanın ən uzun fasiləsiz uçuşu üzrə rekord vurub.

Avstraliyanın "Qantas" Hava Yolları Şirkətinin təyyarəsi Nyu-Yorkdan Sidneyə ən uzun hava səfərini 16 min 200 kilometrlik məsafədə 19 saat dayanmadan həyata keçirdikdən sonra bu gün  bazar günü bu şəhərin hava limanına enib.

"Qantas"ın icraçı direktoru Alan Coys ən uzun uçuşun həyata keçirilməsinin bu şirkətin "Günün çıxması" adlı layihəsinin bir hissəsi və üç hava sınağından biri olduğunu və uğurla həyata keçdiyini söyləyib.

Müasir avadanlıqlardan istifadə etməklə təyyarənin əlli sərnişinin və uçuş heyətinin beyin məlumatları toplanıbdır ki, bu məlumatların araşdırılması ilə gələcəkdə təyyarələr elə dizayn edilmiş olsun ki, uzun məsafələrdə sərnişinlərin və ekipajın ehtiyaclarını təmin edə bilmiş olsun.