Okt 21, 2019 10:55 Asia/Baku
  • C. Koreyada mobil telefona qurşanmanı tərketmə mərkəzi işə salınıb
    C. Koreyada mobil telefona qurşanmanı tərketmə mərkəzi işə salınıb

Cənubi Koreya mobil telefona qurşanma miqdarını azaltmaq üzrə səylərə başlayıb.

Bu gün mobil telefonlar insan bədəninin yeni hissəsinə çevriliblər, amma tibb elmləri ekspertlərinin dediklərinə görə, elektron mobil telefondan həddən artıq istifadə insan beyninin zəifləməsinə gətirib çıxara bilər.

Cənubi Koreyada mobil telefondan istifadəyə qurşananlar üçün on altı xüsusi dövlət düşərgəsi işə salınıb. Bu xas qurşanmanı tərketmə mərkəzinə gedən kəslər hər gün öz mobil telefonundan on iki saat ayrı qalırlar. Onlar fərdi, ailəvi və qrup halında keçirilən müşavirələrdə də iştirak edir və mobil telefondan istifadə yerinə, fərqli işlərlə məşğul olurlar ki, bu qurşanma aradan qaldırılmış olsun.