Okt 22, 2019 20:44 Asia/Baku
  • Frankfurtda İran Kitab Sərgisi
    Frankfurtda İran Kitab Sərgisi

Hər il İranda 80 mindən çox kitab nəşr olunsa da, beynəlxalq sərgilərdə iştirak etmək imkanları azdır.

İran mədəniyyətini sevənlər Frankfurt Kitab Sərgisində öz favoritlərinə daha çox yaxınlaşırlar.

Müsahibə: Macarıstanda İran ədəbiyyatı və mədəniyyətinə dair üç kitabı tərcümə edib, Frankfurt sərgisinə gətirdik.

Müsahibə: İranın zəngin mədəniyyətini sevirəm və elə buna görə də buraya gəldim.

Mədəniyyətimizdən və düşüncəmizdən irəli gələn və dünya bazarlarına çıxan kitablar, məsələn, İslam İnqilabının Böyük Rəhbərinin şiə imamlarına dair "İki yüz əlliillik insan" kitabı. Bu kitabı "İslamika" nəşriyyatı alman dilinə tərcümə edibdir.

Müsahibə: İmam Xamenei şiə imamlarının həyatları haqqında olan "İki yüz əlliillik insan" kitabında yazıblar ki, onların sosial-siyasi məqsədləri tarix boyu nə qədər qalıb və bütün cəmiyyətlər üçün nümunə ola bilər.

Nəşriyyat sahəsi üzrə bir çox fəal bu qənaətdədir ki, bu anlaşmalar ikitərəfli olmalıdır; buna görə, bəzi insanlar yenilikçi fikirlər irəli sürüblər.

Müsahibə: Frankfurt Kitab Sərgisi çərçivəsində keçirilən "nəzirə" olayında bu kitab film üçün çevrilmiş səkkiz namizəddən biri kimi seçilib və bir mərasimdə təqdim olunacaqdır.

Sərginin önəmli səylərindən biri də Yəzd şəhərinin İranın kitab paytaxtı kimi təqdim edilməsi idi.

Müsahibə: Biz bu il Yəzd şəhərini kitab paytaxtı olmağa namizəd kimi dünyaya daha yaxşı tanıtdırmaq üçün müəyyən proqram nəzərdə tutmuşuq.

Digər tərəfdən, İran nəşriyyatının beynəlxalq iştiraklarına diqqət, bu sərginin digər mədəni nailiyyətlərindən olubdur.