Noy 09, 2019 20:15 Asia/Baku
  • İtaliyada çörəkçilik çoxməşəqqətli, lakin çoxgəlirli bir peşə
    İtaliyada çörəkçilik çoxməşəqqətli, lakin çoxgəlirli bir peşə

İtaliyada çörək dükanları ildə səkkiz milyard avrodan çox maliyyə dövriyyəsi ilə bu ölkədə çoxgəlirli peşələrdəndir.

İtaliyada çörəkçilik çoxməşəqqətli, lakin çoxgəlirli bir peşədir.

İtaliyadakı bütün çörək dükanları müxtəlif çörək növlərinin kənarında bəzi sadə pizzaları da bişirirlər. Ekspertlərin sözlərinə görə, bu ölkədə çörək dükanı açmaq çox da sadə bir iş deyildir.

İtaliyanın paytaxtı Romanın mərkəzində yerləşən bir ənənəvi çörək dükanının məsul şəxslərindən biri deyib: İtaliyada çörək dükanı açmaq mümkünsüz deyil, lakin bir qədər çətindir. Çörəkçi olmaq üçün ikiillik bir kurs keçmək və sonra da bir neçə ay praktikant işləmək icbaridir.  Çörəkçilik İtaliyada çoxgəlirli, həm də çoxxərcli bir peşədir. Məsələn, Roma şəhərinin tarixi mərkəzində bir ənənəvi çörək dükanının aylıq kirayəsi bir idarə işçisinin birillik əmək haqqısına bərabərdir.

Bir italiyalı şirniyyatçı da deyib: Biz çörəkçidə çörək və pizza bişirməkdən əlavə, şirniyyat da bişirir və müştəriyə təqdim edirik.

Başqa bir şirniyyatçı da deyib: Biz hər gün bu çörəkçidə Roma şəhərinə məxsus 20 növ şirniyyat bişiririk.

İtaliyada 25 min ənənəvi çörəkçi var. 84 mindən çox nəfər də orada işlə məşğuldur.

Bir çörəkbişirən deyib: Biz bu çörək dükanında elektrik təndirlərindən əlavə, iki böyük odun təndirinə də malikik və bəzi çörək növlərini onlarda bişiririk. Bəzi ənənəvi çörəklərin bişirilməsi mütləq odunla yanan təndirdə həyata keçirilməlidir.

Çörək italyanların qida rejimini təşkil edən mühüm detallardandır.

İtaliyada 250 növdən çox çörək mövcuddur ki, bu ölkənin şəhər və əyalətlərində müxtəlif formalarda bişirilir.