Noy 09, 2019 20:53 Asia/Baku
  • Avtomobil hissələri üzrə beynəlxalq sərgi
    Avtomobil hissələri üzrə beynəlxalq sərgi

Avtomobil hissələrinin daxildə düzəldilməsi müsbət bir addımdır, amma bu yolda hissələrin düzəldilməsinə çəkilən xərclərin azalacağı gözlənilir. Bu iş bu məhsulların texniki biliyinin yerliləşdirilməsinə münasib investisiya və uzaq perspektiv tələb edir.

Bir avtomobil tədbirində 590-dan çox daxili istehsalçı və səksən xarici şirkət avtomobil hissələri və ləvazimatı üzrə dördüncü beynəlxalq sərgidə bir araya gəlib.

Sərgidə daha çox nəzərəçarpan məsələ, istehsalçıların detalları yerliləşdirmək üzrə səyidir.

M.K- Bu hissə xaricdən idxal olunurdu və özünəməxsus problemə malik idi. Hazırda şirkətimiz onu əvəz edən bu detalı dizayn edibdir ki, həm başa gələn qiymət aşağı düşüb, həm də satışdan sonra xidmətlər göstərirlir.

İndi startaplar və araşdırma mərkəzləri də meydana giriblər ki, detalların idxalında məhdudiyyətdən irəli gələn çatışmazlıqlar azalmış olsun.

M.K- Bu, ilk dəfə daxili istehsala malik olan avtomobil proqramıdır. Bundan öncə xarici oxşarları idxal edilirdi.

Əlbəttə, yerli istehsal istiqamətində hələ gediləsi yol çoxdur.

M.K- Cari ildə indiyə qədər yerli şirkətlərlə müxtəlif növ avtomobil hissələri istehsalı üçün təxminən 120 milyon avroluq müqavilə bağlanıbdır.