Noy 25, 2019 15:31 Asia/Baku
  • Rəngarəng payız
    Rəngarəng payız

Payız gözəl fəsildir. Bir çoxlarına görə, ilin ən gözəl fəslidir. Təbiət bu fəsildə doğrudan da Allah-Taalanın əzəməti və gözəlliyini sərgiləyir. Bu fəsildə maksimum müxtəliflik görünür. Əməkdaşımızın bu barədəki reportajını birlikdə izləyirik.

Payız/ rəng, müxtəliflik və gözəllik fəslidir.

M.K- Payız təbiətin rəngarəng fəslidir. Payız təbiət ilə əlaqə qurmaq üçün ən gözəl fəsildir.

M.Q- Payızın gözəlliyi vəsfolunmazdır.

M.K- Məncə, ən qəşəng fəsil, payızdır. Hamı deyir- bahar, mən isə deyirəm- payız. Təzə və ürəkoxşayan bir havası var.

Payızı yaşamaq gərəkdir. Payızın qədrini bilmək gərəkdir.

Yarpaqların rəngarəng xəzanı və onların yerə çatmağa tələsmələri...

M.K- Payız başqa bir rəngə və təravətə malikdir. Payız rəng və müxtəliflik fəslidir.

Payızı yağışına, xəzanına və zərif duyğusuna görə, sevirəm.

M.Q- Bu hava o qədər qəşəngdir ki, adamın evdə oturmağa ürəyi gəlmir.

Payız bir fəsildir ki, ağacların yarpaqları küçə və prospektlərin döşəmələrində küləyin hay-küyündə taqətsizlik edir, bu tərəfdən-o tərəfə süzürlər.

Gözəl payız, rəngli payız və təbiətin əzəməti.

Payız fəsillərin padşahıdır. Rəngarəng payız nəhayət yenə də bir rəngə çatacaq. Qar ağlığına.