Dek 02, 2019 15:40 Asia/Baku
  • Dırnaqların vəziyyətinə əsasən, xərçəngin diaqnozu
    Dırnaqların vəziyyətinə əsasən, xərçəngin diaqnozu

İngiltərə həkimləri ağ ciyər xərçənginin diaqnozu üçün ən sadə metoddan istifadə edə biliblər.

San nəşri yazıb: Bunun üçün iki şəhadət barmağı bir-birinə yapışdırın ki, kutikullar arasındakı yarıq romb formasında olmuş olsun. Əks halda, deyilən formaya gəlməzsə, onkoloqlar təkidlə tövsiyə edirlər ki, tez bir zamanda xəstəxanaya müraciət edin.

Araşdırmaların aparıldığı insanların 35%-də şişin mövcud olduğu bildirilibdir. Buna görə, həkimlər tövsiyə edirlər ki, bu metoddan xərçəngin müəyyən edilməsində istifadə edəsiniz. Ağ ciyər xərçənginə mübtəla olmuş xəstələrdə dırnağın kökü yumşalır. Dəri dırnağın zəminində parlaq, dırnağın səhfəsi daha çox əyilmiş və sonuncu falanks qalın olur. Bu məsələ xəstənin barmaqlarının ucunda mayenin cəmləşməsinə görədir.

Həkimlər həmçinin digər nişanələrə də işarə ediblər. Yəni hətta əgər dırnaqların vəziyyəti yaxşı olmuş olsa belə, xəbərdarlıq edilər ki, yaş öskürək və xüsusən qanlı öskürək, tənəffüs çatışmazlığı, sinə nahiyəsində ağrı, iştihanın itirilməsi və xroniki yorğunluq da ağ ciyər xərçənginin nişanələrindən ola bilər.