Dek 03, 2019 20:19 Asia/Baku
  • Kerman vilayətinin kəndlərində yerli turizm üzrə yaşayış yerləri
    Kerman vilayətinin kəndlərində yerli turizm üzrə yaşayış yerləri

Kəssəyin iyi, köhnə xalça və kilimlərin üzərinə qonması, hazırda az bir yerdə görünən vəsait və imkanlardan istifadə və daha çox yeni nəsil üçün qəribə olan mühit. Bunların hamısı turistlər üçün ürəkoxşayan anlar bəxş edən Kerman vilayətinin kəndlərindəki yerli turizm üzrə yaşayış yerlərinin özəlliklərindəndir.

m.k- Bura, əvvəllər yaşadığımız qədim bağ evidir.

Xanım Əmirmahani təhsil idarəsinin təqaüdçüsüdür və hazırda yerli turizm evini işə salıbdır.

m.k- Bir işə başlamaq istəyirdim ki, həm atamın evinin işığı yanmış, həm də bir qrup insan işlə məşğul olmuş olsun. Bu işin çətinlikləri var idi, lakin ona olan məhəbbət çətinliklərdən çox idi.

Fəaliyyətindən on ildən az bir vaxt keçən bu kimi turizm obyektlərində səfərin ləzzətinin müsafirlər üçün ayrı bir mənası var.

m.k- Quşların avazı, arxın suyunun səsi, səhər yeməyi üçün təzə çörək...

m.k- Bura tamamilə fərqlidir. Hər şey təbiidir və insan xoş əhval-ruhiyyə hissi keçirir.

Bu obyektlərdə ənənəvi və yerli yeməklərin təqdim olunması, turistlərin diqqətini çəkən cəhətlərdəndir.

m.k- İran yeməyi çox dadlıdır.

Yerli turizm obyektlərinin işə salınmasının yaxşı iqtisadi əsası var və müraciət edənlərə də dəstək verilir.

m.q- Eyni zamanda təqribən 40 nəfəri yerləşdirə və onlara xidmət göstərə bilərik. Nahar və şama da daha çox ənənəvi və yerli yeməklərimiz var.

m.k- Yerli turizm hesab olunan yerlər ümumiyyətlə yaxşı və dinc mühiti təcrübə edirlər.

Şəhərlərin hay-küylərindən uzaqlıq, ətraf mühitin qorunması, yerli adət-ənənələr, həmçinin əks-mühacirət yerli turizm obyektlərinin məziyyətlərindəndir.

İranda 1500-dən çox yerli turizm obyekti fəaliyyət göstərir ki, onların üçdə bir hissəsi Kermana aiddir.