Dek 07, 2019 07:25 Asia/Baku
  • Gündə üç dəfə dişlərinizi fırçalasanız, sağlam ürəyiniz olar
    Gündə üç dəfə dişlərinizi fırçalasanız, sağlam ürəyiniz olar

Cənubi Koreyada Seul Universitetinin tibb elmləri tədqiqatçıları bildiriblər ki, gündə üç və ya daha çox dəfə diş fırçalamaqla ürək çatışmazlığı təhlükəsi və ürək atriumu problemləri azalacaqdır.

"Sayns Deyli" xəbər portalının məlumatına görə, tədqiqatçılar deyirlər ki, bu iş bariz şəkildə ürəyi qorumağa kömək edir və bizim ağzımızdakı bakteriyalar sağlamlıq reallıqlarından bir çoxunun rəmzinin açarı sayılır. Bundan öncə alimlər qida borusu və mədəaltı vəzi xərçəngləri ilə ağız boşluğundakı bakteriyalar arasında, həmçinin ağız və diş gigiyeniyası ilə tənəffüs problemləri arasındakı əlaqə barədə araşdırmalar aparmışdılar.

Tədqiqatçılar həmçinin bəzi araşdırmalar zamanı bilmişdilər ki, ağız boşluğundakı bakteriyalar insult keçirmiş şəxslərdəki qan laxtalarında mövcuddur və bəzi ekspertlər də kəskin diş əti xəstəliklərilə yüksək qan təzyiqinin yaranması təhlükəsi arasında əlaqələrin olduğunu aşkar etmişdilər.