Yan 18, 2020 19:09 Asia/Baku
  • Avstriyada İranın iştirakı ilə turizm sərgisi keçirilib
    Avstriyada İranın iştirakı ilə turizm sərgisi keçirilib

44-cü Viyana Beynəlxalq Turizm Sərgisi 80 ölkədən; o cümlədən İran İslam Respublikasından olan 800 iştirakçı ilə Avstriya paytaxtının beynəlxalq sərgilər məntəqəsində keçirilir.

 İran İslam Respublikası daxil olmaqla 80 ölkədən 800 iştirakçısı olan 44-cü Vyana Beynəlxalq Turizm Sərgisi.

M.M: İranda çox yüksək turizm potensialımız var.  Ümid edirəm ki, bu sərgi vasitəsilə onları İrana səfər etmək istəyənlərə təqdim edə bilək.

M.Z: Mən nəçə il öncə İrana tələbə səfərinə getdim və bu ölkənin gözəl İsfahan, Tehran və Yəzd şəhərlərini yaxından gördüm. İranlılar çox mehribandırlar və mən belə qərara gəlmişəm ki, bu ölkəyə yenidən səfər edim və bu dəfə İranın şimal bölgəsini ziyarət edim. 

İrandan 6 turizm agentliyi ölkəmizin görməli və misilsiz cazibədarlıqlarını və tibbi urizm sahəsində yüksək qabiliyyətini tanıtmaq üçün bu sərgidə iştirak ediblər. 

M.M: Anam bir neçə il əvvəl İrana səfər edib və bu ölkəyə valeh və heyran olmuşdu. Qızım da keçən il qışda İrana səfər etdi və onun qarlı dağlarında xizək sürdü .Mən və həyat yoldaşım da bu ölkəyə səfəri planlaşdırırıq.

Təbiət turları, səhra turizmi, idman və quşa baxma turizmi Avopa turistlərinin maraq göstərdiyi sahələrdir.

Vyana Beynəlxalq Sərgisi hər il yüz min ziyarətçi və yüzlərlə turizm ekspertini qəbul edir.