Yan 21, 2020 20:17 Asia/Baku
  • Dezfulda göyərti yığımı
    Dezfulda göyərti yığımı

20 min hektar münbit kənd təsərrüfatı ərazisindən bir milyon tondan çox tərəvəz məhsulu istehsalı Dezfulu dörd fəsil üzrə əkinçilik məhsulları qütbünə çevirib.

Qışdır və xuzistanlı əkinçilər olduqca məşğuldurlar.

Əkinçi: Mənim 30 hektarlıq göyərtim var. Keşniş, nanə, kavar və sairə əkmişəm.

120 min hektar genişlikdə bir süfrə. Müxtəlif əkin məhsullarından ibarət bir qöy qurşağıdır. Əkinçidən əlavə, çoxları onun bərəkətindən çörək yeyir.

Sağlam məhsul istehsalı əkinçini və övladını düşündürən əsas məsələdir.

Əkinçi: Biz üzvi gübrələrdən istifadə edirik. Bu məhsul bir dəfə işçi tərəfindən təmizlənir, ikinci dəfə də alaq otlarından təmizlənir.

Dezfulun kənd təsərrüfatı məhsulları Xuzistan vilayətində istfadədən əlavə, digər vilayət və ölkələrə də ixrac olunur.

Kişi: İstehsal etdiyimiz göbələyin 65%-i ixrac edilir.

Kişi: Mən sarımsaq, kələm, kahı, paxla, lobya və küncüd yükləmişəm.

Kişi: Dezfulun göyərtisi hər yerin göyərtisindən yaxşıdır.

Dezfulda bağ və bostan məhsullarının həcmi və müxtəlifliyi əlavə peşələrin yaranmasına və məşğulluğun rövnəq tapmasına səbəb olubdur.

Kişi: Bu emalatxana yerkökü və şalğam kimi tərəvəz məhsullarının yuyulması layihəsidir.

Kişi: Zavodumuz altı il bundan öncə yerli məhsullardan, xüsusən üzvi küncüddən istifadə məqsədilə inşa olunub.