Fev 04, 2020 20:02 Asia/Baku
  • İran geyimləri xarici məhsullarla rəqabət apara bilərlər
    İran geyimləri xarici məhsullarla rəqabət apara bilərlər

İran məhsulu istehsalına çalışan iranlı istehsalçılara diqqət də etimad, gənclərə diqqət və məşğulluğun artması deməkdir.

Qadın: İşə daxil olan ilk anda bir məhsul alıb-satmaq istədim. Sonra dedim: Bu ki, ideya deyil. Özüm istehsal etməliyəm.

Bu, Təbəs əhli olan xanım Salarinin geyim istehsalı obyektinin hekayətidir.

Qadın: 13 il bundan öncə təqribən 15 milyon tümənlə işə başladım.

Burada incəsənət, sənaye və yeni ideyalar keyfiyyətli İran məhsulu istehsalı üçün əl-ələ veriblər.

Kişi: Biz dizayn edir və ideyanı eskizə çeviririk.

Qadın: Ülgüləri elə düzürük ki, parça hədər getməsin.

Qadın: Keyfiyyət cəhətdən xarici məhsullarla, xüsusən qonşu ölkələrin məhsulları ilə rəqabət aparmaq qabiliyyətinə malikdir.

Kişi: Hər il bu istehsal obyektindən 2 min dəst mədən geyimi satın alırıq.

Qadın: Ailələrin çox istehlak etdikləri geyimdən əlavə, hər gün yüz dəst iş paltarı və 900 dəst xəstə geyimi istehsal edirik. 40 nəfərin dolanışığı cərəyan edir.

Qadın: Mən tikişlə məşğulam.  Ölkəmin iqtisadiyyatına kömək etdyiyimə görə sevinirəm.

Bu məhsullar İraq, Əfqanıstan, Azərbaycan Respublikası, Hindistan və hətta Danimarkada özünəməxsus müştərilərə malikdir.