Fev 09, 2020 19:25 Asia/Baku
  • Əsas hüceyrələr bölməsində 26 məhsul sahəsində İran iqtisadi müstəqilliyə çatıb
    Əsas hüceyrələr bölməsində 26 məhsul sahəsində İran iqtisadi müstəqilliyə çatıb

Əsas hüceyrələr bölməsində 26 startap məhsulun təqdimatı olub. Mərasim İranın elm və texnologiya üzrə vitse-prezidentinin iştirakı ilə keçirilib.

Surena Səttari Tehranda keçirilən bu mərasimdə deyib ki, İran əsas hüceyrələr sahəsində elm və ticarət bölmələrində region ölkələri arasında birincidir.

Əsas hüceyrələr bölməsində startap məhsullar bundan öncə xarici ölkələrdən idxal olunardı. Həmçinin emal olunan tibb və əsas hüceyrələr üzrə beşinci əhatəli mərkəzin birinci etapı bu gün Tehran Tibb Elmləri Universitetində təqdim edilib.

Tibbi və əsas hüceyrələr üzrə əhatəli mərkəzlər üçüncü nəsil universitetlərinin ən mühüm strukturlarından sayılırlar ki, təhsil, tədqiqat, insan mənbələrinin inkişafı, texnologiyanın inkişafı, ticariləşdirmə, həmçinin kliniki hüceyrə xidmətlərinin genişləndirilməsi sahələrində fəaliyyət göstərirlər.