Əli Dayi milli futbolda dünyanın ən çox qol vuran futbolçusudur
Mart 19, 2020 20:03 Asia/Baku
İranın yığma futbol komandasının əfsanəvi qolvuran oyunçusu Əli Dayi dünyada milli futbol oyunları tarixində ən çox qolvuranlar siyahısının önündə getməkdə davam edir.
Beynəlxalq Futbol Federasiyası-FİFA-nın milli görüşlərdə ən çox qol vuran futbolçularla bağlı son reytinqinə əsasən, İranın yığma futbol komandasının üzvü Əli Dayi 1993-cü ildən 2006-cı ilədək keçirdiyi 149 milli oyunda 109 qolla bu cədvəlin önündə gedir.
Portuqaliyadan olan Kristiano Ronaldu da 2003-cü ildən 2020-ci ilədək keçirdiyi 164 milli oyunda 99 qolla cədvəldə ikincidir.
Bu sıralamaya əsasən, Macarısan millisindən olan Frans Puşkaş 1945-ci ildən 1962-ci ilədək olan müddətdə 85 görüşdə 84 qolla üçüncüdür.
ƏLİ DAYI- MİLLİ OYUNLARDA ƏN ÇOX QOL VURAN FUTBOLÇU