Apr 03, 2020 15:03 Asia/Baku
  • «Azadi» qülləsi mavi rənqə bürünüb
    «Azadi» qülləsi mavi rənqə bürünüb

Tehrandakı «Azadi» qülləsi ümumdünya autizm günü münasibətilə dünən axşamçağı mavi rənqə bürünüb.

Tehran bələdiyyəsi 2 aprel- ümumdünya autizm günü münasibəti, həmçinin bu problemə düçar olanlara dəstək və həmin xatırlatmaq məqsədi ilə İranın milli simvolu olan Tehrandakı «Azadi» qülləsini mavi rənglə işıqlandırdı.

Autizm bir növ əsəb və inkişaf pozğunluğudur. Onda beynin və ya mərkəzi sinir sisteminin düzgün inkişaf prosesi pozulur.

Bu pozğunluq özünü məhdud və təkrarlanan davranış və təmayüllər və ictimai əlaqələrdə pozğunluq daxil olmaqla iki rəftar sahəsində göstərir.

Xarici dünya və başqaları ilə əlaqə qurmamaq; danışıqda acizlik; göz əlaqəsinin olmaması; əl çalmaq, tullanmaq, gülmək və ağlamaq kimi təkrar hərəkətlərin edilməsi; yersiz nigarançılıq və qorxu; şəxslərə qeyri-adi cavabların verilməsi; əşyalara bağlılıq və ya dəyişiklik qarşısında müqavimət; yaxud da beşli hisslərdə qeyri-adi həssaslıqlar, autizmin nişanələrindəndir.

«AZADİ» QÜLLƏSİ MAVİ RƏNGƏ BÜRÜNÜB