Avq 13, 2020 23:42 Asia/Baku
  • Mahmud Abbas təcili toplantı çağırıb

Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas sionist rejim ilə BƏƏ-nin razılaşmasına sərt bir reaksiyada onun fəsadlarını araşdırmaq üçün Fələstin rəhbərlərinin təcili iclasını çağırıb.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Trampın sionist rejim ilə BƏƏ arasında münasibətlərin normallaşdırılması üçün amansız səyləri nəticəsində avqustun 13-də tərəflər diplomatik əlaqələri tam normallaşdırımağa dair razılıq əldə ediblər.

İRİB-in məlumatına görə, Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas normal diplomatik əlaqələrə dair BƏƏ ilə sionist rejimin razılaşmasına kəskin reaksiya verib və vurğulayıb ki, bu razılaşmanın fəsadlarını araşdırmaq üçün təcili iclas keçirilməlidir.

Bununla əlaqədar Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi də bu razılaşmanı fələstinlilərə qarşı xəyanət və yeni bir fitnə kimi dəyərləndirib.

Sionist rejim ilə BƏƏ arasında belə bir razılaşmanın əldə edilməsi xəbərinin yayılması HƏMAS və İslami Cihad başda olmaqla müqavimət qruplarının ciddi etirazına səbəb olub və onu kəskin şəkildə qınayıblar.

Sazişin yaxın günlərdə hər iki tərəfin hərbi rəsmilərinin iştirakı ilə ABŞ-ın prezident sarayında imzalanması qərara alınıb.

Teqlər