Apr 22, 2024 13:23 Asia/Baku
  • Netanyahunun Qəzzədə qələbəsi mümkün deyil

İşğal olunmuş Fələstində keçirilən sorğunun nəticələri göstərir ki, sionistlərin 68 faizi Qəzzə müharibəsində baş nazir Benyamin Netanyahunun davranışından məyusdur.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, sionist rejimin 13-cü kanalının sorğusu göstərib ki, dinləyicilərin 68 faizi Netanyahunun Qəzzədə qalib gələ bilməyəcəyini düşünür.

Digər tərəfdən, sionist rejimin mediası olan Haaretz qəzeti əsir mübadiləsi razılaşmasını həyata keçirmək üçün HƏMAS ilə təmasların bağlandığını, lakin düyünün nə vaxt açılacağının bəlli olmadığını bildirib.