Dek 22, 2017 20:02 Asia/Baku
  • "Çillə Gecəsi" - İranlıların qədim ənənəsi

İlin ən uzun gecəsini yəni “Çillə Gecəsi”ni ailə üzvləri ilə bir arada keçirmək iranlıların gözəl adətlərindən biridir.

İlin ən uzun gecəsini yəni “Çillə Gecəsi”ni ailə üzvləri ilə bir arada keçirmək iranlıların gözəl adətlərindən biridir. Qarpız, nar, şirini və ləbləbi ilə bəzədilmiş süfrənin kənarında əyləşib, baba və nənələrin şirin nağılları və maraqlı rəvayətlərini dinləmək bu gecənin əsas xüsusiyyətlərindəndir.

Dünən gecə iranlılar üçün yadda qalan gecələrdən biri idi. Bu gecə iranlıların qədim adət və ənənələrindən günümüzə qədər uzanan bir tarixə malikdir.

“Çillə Gecəsi” qohumlara, yaxın insanlara baş çəkmək, bir arada otrub söhbət etmək üçün yaxşı bir fürsət sayılır.

Bəziləri ev sahibi idi, bəziləri də qonaq.

Payızın son gecəsində hamı bir araya gələrək, soyuq nəfəsli və ağ örpəkli qış fəslinə xoş gəldin deyirdi.

Bu gecənin əsas xüsusiyyətlərindən biri atan-anaya, qohumlara və yaxınlara baş çəkməkdir.

Dostluq və məhəbbət gecəsi olan Çillə gecəsi bir arada deyib, gülmək, xoş zaman keçirmək gecəsidir.

Süfrə kənarında əyləşib, Firdovsinin Şahnaməsi və Hafizin divanından şerlər oxumaq bu gecəyə bir başqa bəzək verir. Sonra isə baba və nənələr hər kəsi başlarına yığaraq, nağıl boxçalarını açırlar.