Dek 18, 2018 13:05 Asia/Baku
  • Bu gün Həzrət Məsumənin(s.ə) vəfat günüdür
    Bu gün Həzrət Məsumənin(s.ə) vəfat günüdür

Bu gün dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) əziz bacısı Həzrət Fatimə Məsumənin (s.ə) vəfatının ildönümü günüdür.

Həzrət Fatimə Məsumənin (s.ə) pak ziyarətgahı Tehran vilayətinin cənubunda müqəddəs Qum şəhərində yerləşib. Qum şəhəri dünya şiələrinin 7-ci imamı Həzrət İmam Musa Kazımın (ə) qızı Həzrət Fatimənin (s.ə) vəfatının ildönümü gecəsində matəmə qərq olub.

Bu şəhər əhalisi əzadarlıq əlaməti olaraq qara bayraqlar dalğalandıraraq və müxtəlif əzadarlıq mərasimləri keçirərək İslamın bu əziz xanımı və Əhli-Beytə (ə) sevgilərini nümayiş etdirir.

Dünən gücə və bu gün Həzrət Fatimə Məsumənin(s) pak məqbərəsində xüsusi nitq və məddahlıq mərasimləri keçirilir və zəvvarlar o həzrətin vəfatında göz yaşları axıdırlar. 

İran İslam Respublikasının Teleradio təşkilatı Həzrət Fatimə Məsumənin(s) vəfatının ildönümü gününü bütün dünya müsəlmanlarına xüsusi ilə şiələr və azadə insanlara başsağlığı verir.