Oct 26, 2019 20:18 Asia/Baku
  • 28 səfər münasibətilə başsağlığı veririk
    28 səfər münasibətilə başsağlığı veririk

İslami İran əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gecəsində qəm və kədərə qərq olub.

Sabah, 28 səfər, əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı, Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.

Əziz İslam Peyğəmbəri(s.ə.s.) vəfatından öncəyədək, 11-ci hicri qəməri ilində şəfqətlə peyğəmbər şəriətininin əhkam və əsaslarını möhkəm, mətin və münasib üsullarla bəyan etdi və din maarifinin yayılmasında və onun istiqamətləndirilməsində ən yaxşı tərzdə səy göstərdi.

Möhtərəm atası Həzrət Əli ibn Əbi Talib(ə) ilə təqribən otuz il yanaşı olmuş Həzrət İmam Həsən Muctəba(ə) əllinci hicri qəməri ili səfər ayının 28-də 47 yaşında Müaviyyənin göstərişi ilə öz həyat yoldaşı tərəfindən zəhərləndirilərək şəhid oldu.

İslami İran xalqı Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü gecəsi və günündə hüseyniyyə və məscidlərdə əzadarlıq edir.

 

Teqlər

Şərhlər