Mart 30, 2020 08:16 Asia/Baku
  • İmam Zeynəlabidin(ə)-ın mövludu günü mübarək!

Bu gün, 1441-cı hicri qəməri ili şəban ayının beşi, 2020-ci milad ili martın 30-u, dünya şiələrinin dördüncü imamı, İmam Zeynəlabidin(ə)-ın mövludu gününün ildönümüdür.

İmam Zeynəlabidin(ə 38-ci hicri qəməri ili şəban ayının beşində Mədinə şəhərində dünyaya göz açıb.

İmam Səccad(ə)-ın möhtərəm atası, dünya şiələrinin ücüncü imamı, Həzrət İmam Hüseyn(ə)-dır.

İmam Səccad(ə) bütün fəzilət, əxlaq və insanlığın bariz xüsusiyyətlərində kamillik həddində idi.

O həzrət öz zəmanəsinin ən möhtərəm, ən səbirli, ən təqvalı və ən yüksək şəxslərindən hesab olunur və böyük əxlaq sahibi olaraq, aydın ifadə bacarığına malik idi.

O həzrət insanlar ilə çox mehriban, yoxsullara və ehtiyaclılara çox səxavətli idi.

İranın Teleradio Təşkilatı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.

İMAM SƏCCAD(Ə)IN MÖVLUDU GÜNÜ MÜBARƏK!

Teqlər

Şərhlər