Sen 17, 2018 21:34 Asia/Baku
  • İmam Hüseynin(ə) qiyamı haqda nə bilirik?
    İmam Hüseynin(ə) qiyamı haqda nə bilirik?

İmam Hüseynin(ə) qiyamı haqda bir çox fikirlər səsləndirilir. İstər müsəlman, istər müsəlman olmayan alimlər və mütəfəkkirlər İmam Hüseynin(ə) qiyamı barədə maraqlı fikirlər səsləndiriblər. Bu məqalədə bu fikirlərdən bəziləri ilə tanış olmağa çalışacağıq.

Bəşər tarixinin yadda qalan hadisələrindən olan Kərbəla qiyamı müsəlman və qeyri-müsəlman araşdırmaçıların əsas mövzularındandır. Amma bu barədə fəqihlərin fikirləri daha maraqlıdır. Bu yazıda İmam Hüseynin (ə) qiyamı haqqında üç baxışla tanış olacağıq.Şəhid Mütəhhərinin nəzərincə İmam Hüseyn (ə) ictimai islahatçı olub. İmam böyük bir ictimai cinayətin, azğınlığın qarşısını almaq üçün təlaş göstərib və bu yolda şəhadətə çatıb. Şəhid mütəhhərinin nəzərincə islahatçı o şəxsdir ki, xalqın zəif nöqtələri ilə mübarizə aparır. Alimlərin də ən böyük və mühüm missiyası cəmiyyətin zəif nöqtələri ilə mübarizə aparmaqdır. Demək, İmam Hüseyn (ə) xalqın zəif nöqtəsi olan bir yanlış xüsusiyyətlə mübarizəyə qalxmışdı.598 saytı Didban agentliyinə istinadən yazır: Hicri-qəməri 61-ci ildə baş vermiş Kərbəla hadisəsi İslam tarixinin nadir hadisələrindən sayıla bilər. Bu hadisə müxtəlif qruplara, firqələrə böyük təsir göstərib. Hadisə 14 əsr öncə Kərbəla məntəqəsində baş versə də sonrakı bütün qiyamlara və inqilablara təsir göstərmişdir. İslam tarixində bu islahatçı qiyamın xüsusi yari var. Deyə bilərik ki, bütün İslam tarixi, xüsusilə şiə tarixi Kərbəla hadisəsinin təsiri altındadır.Kərbəla hadisəsinin şiə məktəbinə dərin təsiri bundan ibarət olub ki, məsum İmamların həqiqi məqamı müsəlmanlara aydınlaşıb və bu hadisə tərəqqi vasitəsi olub. Unutmamalıyıq ki, şiə etiqadında əsas təfəkkür mənbəyi məsum İmamlarla şərtlənib.Aşura hadisəsi müxtəlif din alimləri, xüsusilə şiə alimlərinin əsas tədqiqat mövzularındandır. Fəqihlər, tarixçilər, ariflər və başqaları bu qiyamın müəyyən baxımdan təhlilini verib. Hər halda hadisənin siyasi təhlili daha mühüm görünür.Şiəliyin siyasi təfəkkürü, İslam hökümətinin yaradılması zərurəti, bu məqsədlə inqilqab fəqihlər arasında mübahisəli mövzulardandır. İslam hökuməti tərəfdarı olan fəqihlər öz fikirlərinin sübutu üçün İmam Hüseynin (ə) qiyamını nümunə göstərirlər. İmam Xomeyninin mövqeyi bu idi ki, hökmən İslam hökuməti qurmaq üçün qiyam qaldırılmalıdır.Ayətullah Salehi Nəcəfabadi İmam Hüseynin (ə) qiyamının dövrün hökumətinə nəsihət məqsədi daşıdığını deyir. Amma Şəhid Mütəhhərinin nəzərincə böyük ictimai fəsadın qarşısını almaq üçün qiyam qaldırıb. Cənab Rəhbər Ayətullah Xamenei bir növ hər iki baxışı özündə birləşdirən üçüncü bir baxış orataya qoyub. Hər üç baxışı xülası şəkildə nəzərdən keçirmək lazım gəlir.Ayətullah Salehi Nəcəfabadi bu fikirdədir ki, İmam Hüseyn (ə) hakimiyyətə çatmaq üçün qiyam qaldırıb. Alim Kərbəla hadisəsinin şəhadət məqsədi daşımadığını, belə bir baxışın İslama uyğun olmadığını bildirir. Alim qeyd edir ki, İslama görə düşmənin qarşısında ölmək yox, onu öldürmək lazımdır. O deyir: “Müsəlman döyüşçünün öldürülməsi ilə İslam qalib gəlmir, ona zərbə dəyir. O öz məşhur “Şəhidi-Cavid” kitabında yazır: “Aydın məsələdir ki, İmam Hüseyn (ə) İraqa nəzarəti ələ almaq üçün atası Əmirəlmöminin kimi, babası peyğəmbər kimi hökumət qurmaq istəyirdi. Onun hərəkatını ata-babasının hərəkatından ayırıb xüsusiləşdirmək olmaz.” Ayətullah Salehi Nəcəfabadi bildirir ki, əgər dövrün hakimi Yezid İmam Hüseyndən (ə) zorla beyət istəməsəydi İmam qardaşı Həsənin yolunu gedəcəkdi. Yezidin tələbindən sonra İmam vəzyyəti araşdırdı və belə bir qənaətə gəldi ki, Kufədə kifayət qədər hərbi güc toplandığından bu şıhırdı qiyama başlamaq olar. Alimin nəzərincə İmam Hüseyn (ə) qələbəyə aparan təbii yol gördü. Müslim ibn əqili Kufəyə göndərdi ki, mövcud şərait barədə dəqiq məlumat əldə etsin. Kufədəki hərbi gücdən xəbərdar olub Kufəyə üz tütdu. Alim İmam Hüseynin (ə) hakimiyyətə sahib olmaq məqsədini müəyyən amillərlə əsaslandırır. Bildirir ki, mərkəzi hakimiyyət zəifləmişdi, xalq ağır durumda idi, ictimai fikir inqilaba münasib idi, Həzrətdə rəhbərlik ləyaqəti vardı, hakimiyyət ordusundan fərqlənən könüllü ordu mövcud idi. Bu baxışa əsasən İmam qiyam yolunu seçdi. Bu yolda şəhadətə çatdı və onun şəhadəti müqəddəs məqsəd yolundadır.Təbii ki, bu baxışa münasibətdə suallar yaranır. Belə bir baxış gündəmdə olan bir sıra sualları cavablandıra bilmir. Əgər həzrət hakimiyyət istəyirdisə nə üçün kufəlilərin əhd-peymanı pozduğunu eşitdikdən sonra bu şəhərə doğru hərəkətini davam etdirdi? Necə oldu ki, İmamı qiyama həvəsləndirən güclü ordu qısa bir müddətdə parçalanıb dağıldı? Əgər Yezid İmam Hüseyndən (ə) beyət istəməsəydi o yenə qiyam qaldıracaqdımı? Birinci baxışa əsasən bu suallara cavab tapma mümkün deyil. Şəhid Mütəhhəri nə deyir? Şəhid Mütəhhərinin baxışını dərk etmək üçün fiqhi mövzu olaraq əmr be məruf və nəh əz münkərlə dərindən tanış olmaq lazımdır. Şəhid Mütəhhəri məhz bu şəri məsələ prizmasında Kərbəla hadisələrini araşdırır. Şəhid Mütəhhəri bu əqidədədir ki, İmam Hüseyn heçnə yox, yalnız əmr be məruf və nəhy əz münkər vəzifəsini yerinə yetirmək üçün qiyam qaldırdı. Yaxşıya dəvət və pisə qadağadan ibarət olan bu vəzifə İslama həyat verən mühüm bir vəzifədir. Ustad Şəhid Mütəhhəri Kərbəla qiyamına islahatçı qiyam kimi baxır. Alim düşünür ki, İmam Hüseyn ictimai fəsadı aradan qaldırmaq üçün qiyam etdi və bu yolda şəhadətə çatdı. İmamın nəzərincə xalqın zəif nöqtələri ilə mübarizə böyük bir missiya idi. Imam bu zəif nöqtələrlə mübarizəyə qalxdı və şəhid oldu. Bu bir müqəddəs iş olduğundan uyğun yolda öldürülənlər şəhid olur. Ustad Mütəhhəri bildirir ki, cəm iyyətin zəif nöqtəsi onun zülm qabağında təslimçiliyi idi. İmam Hüseynin (ə) qiyamı İslam ümmətinin Əməvilər tərəfindən öldürülmüş, alçaldılmış şəxsiyyətini diriltdi. Aşura hadisəsindən sonra minlərlə qiyam baş verdi. Şəhid Mütəhhəri buyurur: “İmam Hüseynin qiyamındakı etiraz ruhiyyəsi aşuradan sonra bütün cəmiyyəti bürüdü.” Başqa bir yerdə ustad yazır: “İmam Hüseynin (ə0 qiyamı və şəhadəti cəmiyyətə şəhadət verdi.” Demək, qiyamdan öncə cəmiyyətdə üzücü bir təslimçilik ruhiyyəsi var idi. Həzrət bu ictimai bəlanı aradan qaldırma qüçün qiyam etdi və şəhadətə çatdı. bu zəifliyin əsas səbəbi əmr be məruf və nəhy əz münkərin tərk olunması idi. Ustad Mütəhhəri yazır: “İmam Hüseyn (ə) əmr be məruf və nəhy əz münkər prinsiöinə əsaslanaraq ayağa qalxdı. Əgər Kufə əsli onu dəvət etməsəydi də Yezid beyət istəməsəydi də əmr be məruf və nəhy əz münkər vəzifəsini yerinə yetirmək üçün İmam qiyam qaldıracaqdı. Şəhid mütəhhəri öz fikirlərini İmam Hüseynin (ə0 öz qardaşı Məhəmməd ibn Hənəfiyyəyə vəsiyyəti ilə sübuta yetirir. İmam vəsiyyətində deyirdi: “Mənim qiyamım islah üçündür. Mən cəddimin ümməti arasında islahatçıyam. Məqsədim əmr be məruf və nəhy əz münkərdir. Məqsədim əlinin (ə) yolunu diriltməkdir. Peyğəmbər sünnəsi səhnədən çıxıb, Əli yolu unudulub. Məqsədim bu sünnə və yolu diriltməkdir...” Ustad Mütəhhəri öz təhlili ilə Ayətullah Salehi Nəcəfabadinin baxışını tənqid edir: “İmam Hüseyn (ə) öldürüldü, amma mənəvi hədəfinə çatdı...Başqa sözlə İmamı qiyama sövq edən Kufəlilərin öz hazırlığını bildirməsi deyildi. Çünki Kufəlilər əhdini pozandan sonra da İmam yoluna davam edirdi... Kufəlilərin dəvəti qiyamın səbəbi deyil, İmamın qiyamı Kufəlilərin dəvətinə səbəb olub...”Bəzi alimlər əmr be məruf və nəhy əz münkərdə zərər ehtimalını şərt kimi qoyur. Ustad Mütəhhəri bu mövzuya münasibət bildirir. İmam Hüseyn (ə) qiyamı göstərdi ki, əmr be məruf və nəhy əz münkər insanın öz canından keçəcəyi həddə vacibdir. Şəhid Mütəhhəri qətiyyətlə bildirir ki, cəmiyyətin islahı üçün ayağa qalxmış İmam bu qiyamın sonunda şəhadəti görürdüsə belə bir sonluq qiyamın məqamını aşağı salmır.

Üçüncü və daha tutarlı baxış isə İslam İnqilabının Böyük Rəhbərinə, həzrət Ayətullah Xameneiyə məxsusdur. Həzrət Ayətullah Xamanei öz təhlilində çalışır ki, bu qiyamda hədəfi vasitədən ayırsın. İnqilab Rəhbəri buyurur: “Bəziləri deyir ki, İmamın məqsədi cinayətkar Yezid hakimiyyətini devirmək idi. Onların nəzərincə İmam hakimiyyəti ələ keçirmək istəyirdi. Bu söz yarı düz, yarı yanlışdır. Məqsədləri budursa ki, İmam hökumət qurmaq üçün ayağa qalxmışdı, onda bunun mümkün olmadığını gördükdə geri dönməli idi.” Həzrət Ayətullah Xamenei bildirir ki, İmam Hüseynin (ə) qiyamını yalnız iki məqsəd üzərində (şəhadət ya hökumət) məhdudlaşdırmaq olmaz. Vasitəni hədəfdən ayrımaq lazımdır. Vasitə seçilərkən şərait nəzərə alınır. İnqilab Rəhbəri buyurur: “Hökumət istəyən şəxs bu istəyi mümkün görənə qədər irəli gedir. Məqsəd əl-çatmaq göründükdə geri qayıdır. İmamın məqsədi hökumət idi deyənlər təkcə bunu nəzərdə tutursa bu düzgün deyil.” İnqilab Rəhbəri təkcə hökumət və ya təkcə şəhadət məqsədini düzgün hesab etmir və buyurur: “Bəzi alimlərimiz bildirir ki, İmam şəhid olmaq üçün qiyam qaldırdı. Belə bir mövqenin sübutu üçün dəlillərimiz yoxdur. Təkcə hökumət və ya təkcə şəhadət məqsəd ola bilməz.” İnqilab Rəhbəri buyurur ki, İmamın hakimiyyəti ələ keçirməkl məqsədi ilə Kufəyə yola düşməsi fikiri məqbul deyir. İmam mövcud şəraiti araşdırıb, bu istəyin mümükn olmadığını gördüyü zaman dayanmalı idi. Heç bir məqsədsiz təkcə şəhadət üçün yola çıxmaq da İslamda məqbul deyil. Bu özünü öldürməkdir, İslam buna icazə vermir. Həzrət Ayətullah Xamenei buyurur: “Düşünürəm ki, təkcə hökumət və ya təkcə şəhadət məqsədini əsas götürən alimlər hədəflə nəticəni qarışdırıblar. İmam Hüseynin (ə) başqa hədəfi var idi. İmamın hədəfinə aparan yolda iki nəticə ola bilərdi: Hökumət, ya da şəhadət. Həzrət hər iki nəticəyə hazır idi. Heçbir nəticəyə irad bildirmək olmaz. Çünki mühüm hədəfdir. İmamın hədəfi nə idi? İmam vacib dini vəzifəsini yerinə yetirirdi. Bu vəzifəni İmamdan qabaq heç kəs, hətta cəddi, atası və qardaşı yerinə yetirmişdi.” İnqilab Rəhbəri sözünün davamında buyurur: “Bu vacib vəzifə xeyli mühüm idi. İmam Hüseyn (ə) bu vacib əmrə itaət etməklə tarixi bir dərs qoyub gedirdi. Kərbəla bütün bəşəriyyətə dərs idi. Bu gün aydın görürük ki, hamı Kərbəla hadisəsini məktəb kimi qəbul edir. Nə üçün başqaları yox, İmam Hüseyn (ə) bu addımı atdı? Çünki İmam Hüseyn (ə) üçün addım atmaq şəraiti yaranmışdı.Üç fəqih Kərbəla hadisəsinə üç baxış ortaya qoyur. Bu baxışlar arasında diqqəti çəkən İnqilab Rəhbərinin hədəfi məqsəddən ayrımaq baxışıdır. İmamın Hədəfi vacib ilahi vəzifəni yerinə yetirmək idi. İstənilən bir addımın müxtəlif nəticələri ola bilər. İmamın getdiyi yolun nəticəsi həm hakimiyyət ola bilrədi həm də şəhadət. İmam hakimiyyəti əldə edə bilsəydi cəddi və atası kimi hakimiyyət quracaqdı. Amma bu nəticə yox, şəhadət nəticəsi irəli gəldisə bu da məqbul idi və İmam bu nəticəyə hazır idi.