Okt 07, 2020 20:14 Asia/Baku
  • Hüseyn(ə) ərbəini münasibətilə başsağlığı veririk

Sabah səfər ayının iyirmisi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəini günüdür.

SəhərAzəri xəbər verir, Müsəlmanlar və digər ilahi dinlərin davamçılarından bir qrupu ötən illərdə Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ərbəini gününə bir neçə gün qalmış Nəcəf şəhərindən və İraqın digər şəhərlərindən özünü o həzrətin müqəddəs Kərbəladakı pak ziyarətgahına çatdırırdı.

İraqlı mənbələrin rəsmi statistikasına əsasən, dünyanın səksən ölkəsindən on səkkiz milyon nəfərdən çox zəvvar keçən il dünyada ən böyük illik dini toplantı olan Hüseyn(ə) ərbəini yürüşündə iştirak etmişdi.

Lakin bu il Hüseyn(ə) ərbəininin xarici zəvvarları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə İraqa səfər etməyiblər və ərbəin qəhrəmanlığı yürüşü yalnız iraqlı zəvvarların iştirakı ilə keçirilir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Hüseyn(ə) ərbəininin gəlib çatması münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və dünyadakı digər azadlıqsevərlərə başsağlığı verir.

Teqlər