Noy 25, 2016 12:00 Asia/Baku
  • Ayətullah Musəvi Ərdəbili ömrü...
    Ayətullah Musəvi Ərdəbili ömrü...

Böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili fani dünyaya vida etdi. Artıq bir neçə gün idi ki, Tehranın Lalə xəstəxanasında həkim nəzarəti altında olan Ayətullah Musəvi Ərdəbili ikinci dəfə infarkt keçirməsinin ardınca, bu gün günorta saatlarında 91 yaşında vəfat etdi.

Ayətullah Beheştinin şəhid edilməsindən sonra, 1360-1368-ci illərdə İran Məhkəmə Hakimiyyətində ən üstün məqam sayılan Ali Məhkəmənin sədri vəzifəsində çalışıb. Sonrakı illərdə isə Qumda dini elmlər sahəsində təhsil alan tələbələr yetişdirməklə məşğul olub.

 

Ayətullah Musəvi Ərdəbili. İmam(r.ə) və İnqilabın yardımçısı. Bu böyük alim 1304-cü hicri şəmsi ilində Ərdəbildə dünyaya göz açır. Qum və Nəcəf dini elmlər hövzələrində təhsil aldıqdan sonra doğulduğu Ərdəbilə qayıdaraq, tədrisə başlayır.

 

Ayətullah Musəvi Ərdəbili:

"İmam(r.ə) üçün dua edin. Onun varlığı bizim üçün İlahi bir nemətdir."

 

Onun tağut rejimi ilə müxalifəti İmam(r.ə) ilə bir vaxtda başlanmışdı. Elə o zamandan Savak bu ərdəbilli alimi təqibə almışdı. Buna görə də Məşhəddə zəlzələdən zərərçəkənlərə yardım adı ilə Tehrana mühacirət etməyə məcbur olur. Ayətullah Musəvi Ərdəbilinin inqilabçı və aydınlatma fəaliyyətləri İmamın(r.ə) digər tərəfdarları o cümlədən şəhid Beheşti, şəhid Mütəhhəri və şəhid Müfəttih ilə yanaşı Tehranda davam edir və 57-ci ildə İnqilabın qələbə çalması ilə öz kulminasiya nöqtəsinə çatır.

İslam İnqilabının qələbə çalmasından sonra ölkənin cinayət, cəza və hüquq qanunlarının hazırlanması və bu qanunların şəriət və İslam fiqhi ilə uyğunluğunun yoxlanılmasına nəzarət edir və şəhid Beheştidən sonra Məhkəmə Hakimiyyətinə sədrlik  edərək, hegemonçuluq ilə mübarizənin ön cəbhəsində düşmən qarşısında dayanır. İslam İnqilabının dahi memarının vəfat etməsindən sonra Ayətullah Musəvi Ərdəbili Qum şəhərinə qayıdır və Mofid Universitetini təsis edərək, elmi fəaliyyətlərə başlayır.

Ömrünü İslam və İnqilab yolunda mübarizə və mücahidət ilə keçirən Ayətullah Musəvi Ərdəbili bu gün Tehranın Lalə xəstəxanasında gözlərini həmişəlik olaraq fani dünyaya yumaraq, haqqa qovuşdu.