Sen 15, 2020 18:17 Asia/Baku
  • Rus qırıcıları İdlibdə terrorçuların mövqelərinə aviazərbələr endirib

Rusiya ordusuna məxsus qırıcılar Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində Ən-Nüsrə Cəbhəsi terrorçularının mövqelərini bombalayıblar.

SəhərAzəri xəbər verir, bu gün həyata keçirilən bu hücumlarda Ən-Nüsrə Cəbhəsinin silah anbarları rus qırıcıları tərəfindən hədəfə alınıb.

Suriya ordusunun artilleriya bölmələri də terrorçuların İdlib vilayətinin qərbində yerləşən mövqelərini atəşə tutublar.

İdlib vilayəti Suriyada terrorçuların son düşərgəsidir.

Suriya böhranı 2011-ci ildən Səudiyə Ərəbistanı, ABŞ və onların müttəfiqlərinin region parametrlərini Sionist rejimin xeyrinə dəyişmək məqsədilə dəstəklədikləri terrorçuların bu ölkəyə geniş hücumu ilə başlayıb.

Suriya ordusu İran İslam Respublikasının məsləhətçi köməyi və Rusiyanın dəstəyi ilə terrorçuların bu ölkədə işinə son qoya bilibdir.

Teqlər

Şərhlər