Sen 10, 2020 22:57 Asia/Baku
  • Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayır

Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayır. Buna baxmayaraq, bu ölkədə epidemioloji vəziyyətın tam nəzarət altında olduğu bildirilir.

SəhərAzəri Aərtac-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxaria məlumat verib.

Hökumət başçısı, həmçinin deyib ki, Gürcüstanda açıq havada fəaliyyət göstərən gecə klublarının fəaliyyəti qadağan edilib.

Bu barədə qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub.

Teqlər

Şərhlər