"Gürcü Arzusu" baş nazirliyə namizədini açıqladı
Sen 10, 2020 23:08 Asia/Baku
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.
SəhərAzəri Report-a istinadən xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxariya, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.
“Gürcü Arzusu”nun seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.