Sen 12, 2020 19:03 Asia/Baku
  • Koronavirusa yoluxanların sayı sürətlə artır - Gürcüstanda

Gürcüstanda koronavirusa yoluxma halları kəskin şəkildə artıb.

Səhər Azəri bildirir ki, son sutka ərzində Gürcüstanda 158 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlayandan Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

Əvvəlki gün 87 nəfərin yoluxduğu açıqlanmışdı.

Ümumilikdə Gürcüstanda kpronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər stasionar şəraitdə müalicə olunur. 19 nəfərin vəfat etdiyi bildirilir. Sentyabrın 10-dan etibarən qapalı binalarda bütün sosial tədbirlərin (toy, yas, yubiley mərasimləri) keçirilməsi qadağan edilib.

Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Kinoteatr və teatrların açılışı 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib.

Teqlər

Şərhlər