Sen 22, 2020 13:54 Asia/Baku
  • Səudiyə koalisiyası Əl-Hüdeydədə  atəşkəs rejimini 97 dəfə pozub

Son 24 saat ərzində səud koalisiyası Yəmənin qərbində yerləşən Əl-Hüdeydə vilayətində atəşkəs rejiminin 97 dəfə

Səhər Azəri xəbər verir ki, bu barədə Yəmənin hərbi rəsmilərindən biri dünən gecə məlumat verib.

Bu hərbi rəsmi Yəmənin Əl-Məsirə kanalına verdiyi müsahibədə xatırladıb: "Səud təcavüzkarları və onların muzdluları müxtəlif növ ağır və yüngül silahlardan istifadə edərək, Əl-Hüdeydənin müxtəlif bölgələrini hədəfə alıblar. 

İsveçrədə Səna və Ər-Riyad nümayəndələri arasında əldə edilən atəşkəs razılaşması 2018-ci il oktyabrın 18-dən Yəmənin qərbində yerləşən Əl-Hüdeydə vilayətində qüvvəyə minib, lakin səud koalisiyası hər gün onu pozur.

Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üçün əsas yoldur.

Yəmənin sülh danışıqlarının dördüncü turu 2018-ci il dekabrın 6-da BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi "Martin Griffits"in başçılığı ilə İsveçrənin paytaxtı Stokholm şəhərində başlayıb və 2018-ci il dekabrin 13-də Əl-Hüdeydədə atəşkəslə bağlı razılaşmanın əldə edilməsi ilə işinə yekun vurub.

Teqlər