Sen 12, 2017 11:34 Asia/Baku
  • Cümhuriyyət qəzetinin 5 işçisinin həbsdə qalmalarına qərar verildi
    Cümhuriyyət qəzetinin 5 işçisinin həbsdə qalmalarına qərar verildi

Türkiyə məhkəməsi Cümhuriyyət qəzetinin 5 əməkdaşının həbsdə qalması haqda qərar çıxardıb.

İRİB-nin verdiyi məlumata görə, bu 5 jurnalist Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı hədəfə almaqda ittiham edilirlər. 

Cümhuriyyət qəzetinin 5 əməkdaşına qarşı irəli sürülən ittihamnamədə bildirlir ki, Cümhuriyyət qəzeti Fətulla Gülənin tərəfdarlarının nəzarəti altına keçib və ötən ilki dövlət çevrilişinə uğursuz cəhd zamanı hadisələrin gedişinə təsir göstərmək kimi bir missiyaya malik olub. 

Türkiyəli prokurorlar Cümhuriyyət qəzetinin işçiləri üçün 43 il həbs cəzası istəyiblər. 

Türkiyədə 180-dən artıq jurnalist həbsdədir. Minlərlə jurnalist isə öz işini itirib və jurnalistlərə qarşı müxtəlif məhkəmə işləri qaldırılıb. 

Teqlər