Apr 25, 2024 18:35 Asia/Baku
  • Rusiya Türkiyəyə nota verdi

Rusiyanın Türkiyədəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

XİN rəsmisi bildirib ki, nota Türk Hava Yollarının İstanbuldan Latın Amerikasına uçuşlarına rusiyalıların buraxılmaması halları ilə bağlıdır: "Səfirliyimiz Türkiyədəki rusiyalı turistlərlə bağlı vəziyyəti izləyir".

Türkiyənin Türk Hava Yolları aviaşirkətinin Rusiyadan olan turistlərə Latın Amerikası ölkələrinə çatdırmaq sahəsində xidmət göstərməkdən imtina etməsi halları getdikcə çoxalır.

Bu ilin fevral ayından başlanan bu proseslə bağlı gətirilən arqument həmin ölkələrin bəzi rusiyalıları qəbul etmək istəməməkləri olur. Lakin deyilənlərə görə Latın Amerikası ölkələrindən, xüsusilə də imtina hallarının çox olduğu Argentina və Meksikadan Rusiya turistlərinə münasibətdə hər hansı yeni qadağa qərarı açıqlanmayıb.