Okt 12, 2017 20:02 Asia/Baku
  • Türkiyənin müdafiə naziri
    Türkiyənin müdafiə naziri

Türkiyənin müdafiə naziri deyib: ABŞ-ın Kürd Xalq Bölmələri və Kürdlərin Demokratik Birliyi kimi yaraqlılara verdiyi silahlar İŞİD məğlub edildikdən sonra Türkiyəni hədəfə alacaq.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Müdafiə Təhlükəsizliyi Konfransında iştirak etmək üçün Gürcüstanın Batumi şəhərində səfərdə olan Nurəddin Canıklı bu iclasda etdiyi çıxışında Türkiyənin Suriyadakı terrorizm ilə mübarizədəki rolundan danışıb. 

Canıklı deyib: Amerika,  Kürd Xalq Bölmələri və Kürdlərin Demokratik Birliyi ilə İŞİD-ə qarşı əməkdaşlıq aparır və onlara silah verir amma İŞİD məğlub edildikdən sonra bu silahlar Türkiyəni hədəfə alacaq ona görə ki, Kürd Xalq bölmələri terrorçu qrupdur və məqsədi Türkiyəyə zərbə vurmaqdır. 

Türkiyənin müdafiə naziri deyib: Onlar bu siyasətin Türkiyəyə qarşı təhdid olmadığını və İŞİD məğlub edildikdən sonra silahların yığışdırılacağını deyirlər amma biz bu fikirlə razılaşmırıq və onların silahlarını Türkiyədə PKK-çıların əlində görürük. 

Canıklı deyib: İŞİD və Ənnüsrə kimi terror qrupları Suriyadakı hərc-mərclikdən faydalanırlar. 

Türkiyənin müdafiə naziri həmçinin NATO-nun terrorizm ilə mübarizədə Türkiyə ilə həmrəy olmamasından təəssüfləndiyini bildirib. 

Teqlər