Fev 12, 2018 17:06 Asia/Baku
  • Kılıçdaroğlu Türkiyənin Afrinə giməməsini istədi
    Kılıçdaroğlu Türkiyənin Afrinə giməməsini istədi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu deyib: Türkiyə hərbçiləri Afrin şəhərinə daxil olmamalıdırlar.

Kamal Kılıçdaroğlu "Hürriyyət" qəzeti ilə müsahibədə deyib: Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Amma, Afrin şəhərinə daxil olmaq tamamilə başqa bir məsələdir. 

Kılıçdaroğlu həmçinin deyib: Türkiyə ordusu Afrinə daxil olarsa, Afrin qan gölünə çevriləcək. 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Qərb ölkələrinin Yaxın Şərqlə bağlı mövqelərini tənqid edib və deyib: Qərb ölkələri xüsusilə Suriyanın şimalında kürd yaraqlılarını silahlandırmaqla regionda daha artıq qan axıtmalara səbəb olurlar. 

Kılıçdaroğlu əlavə edib: Türkiyə hərbçilərinin yüz mindən çox əhalisi olan Afrin şəhərinə daxil olması günahsız insanların zərər çəkməsinə səbəb olacaq. 

Türkiyə ordusu "Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında yerləşən Afrin şəhərində Amerika tərəfindən himayə olunan və silahlandırılan terrorçular və kürd yaraqlılarına qarşı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar 20 yanvar tarixindən başlanıb. 

Suriyanın Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkənin şimalındakı hərbi əməliyyatlarını öz milli hakimiyyətinin pozulması kimi qiymətləndirib.  

Teqlər