İyun 13, 2018 22:33 Asia/Baku
  • Türkiyə Almaniya və Yunanıstana xəbərdarlıq edib
    Türkiyə Almaniya və Yunanıstana xəbərdarlıq edib

Türkiyənin xarici işlər naziri Almaniya və Yunanıstanı 2016-cı ildə Türkiyədə həyata keçirilən uğursuz dövlət çevrilişində iştirakı olan şəsxləri bu ölkəyə təhvil verməyə çağırıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu bu gün Gülən qrupunun üzvlərindən olan Adil Oksuzun Almaniyada olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib: Almaniya yaxud hərhansı başqa ölkə Türkiyədəki çevrilişçiləri təhvil verməlidirlər. 

Türkiyə XİN başçısı həmçinin Yunanıstana qaçmış çevrilişdə iştirakı olan hərbçilər barədə xəbərdarlıq edib ki, Yunanıstan onları Türkiyəyə təhvil verməzsə oxşar hadisələrdə Ankara da oxşar mövqe tutacaq. 

Çavuşoğlu Avropa Birliyinin və digər qərb ölkələrinin Yunanıstana çevrilişdə iştirakı olnaları Türkiyəyə təhvil verməməsi üçün təzyiq göstərmələrinə toxunaraq deyib: Yunanıstan dövlət çevrilişindən əziyyət çəkmiş bir ölkə olaraq bu sahədə Türkiyə ilə lazımı əməkdaşlıqları etməlidir. 

2016-ci il 15 iyul uğursuz dövlət çevrilişindən bu günədək Türkiyədə fövqəladə vəziyyətin müddəti 7 dəfə uzadılıb. Bu müddətdə 13 mindən çox adam çevriliş ilə əlaqədə olduğuna görə işdən qovulub. 

Sözü gedən uğursuz çevrilişdə 250 nəfər həlak oldu və iki mindən çox adam yaralandı. 

Teqlər