Avq 04, 2018 20:31 Asia/Baku
  • Ərdoğan Türkiyənin ABŞ-ın təzyiqləri və təhdidlərinə təslim olmayacağını dedi
    Ərdoğan Türkiyənin ABŞ-ın təzyiqləri və təhdidlərinə təslim olmayacağını dedi

Türkiyə prezidenti ölkəsinin ABŞ-ın təhdidləri və təzyiqləri qarşısında təslim olmayacağını deyib.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan şənbə günü Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında etdiyi çıxışında deyib: Türkiyə ABŞ-ın daxili siyasətlərinin icraçısı ola bilməz. Türkiyə heç vaxt digər ölkələrin göstərişlərinin icraçısı olmayacaq.

Ərdoğan həmçinin deyib: ABŞ Türkiyə qarşısında düşmənçilik siyasəti yürüdür. Amma, Ankara Vaşinqton qarşısında dayanaraq, öz yolunu davam etdirəcək.

Türkiyə prezidenti həmçinin, Avropa ölkələrini tənqid atəşinə tutub və deyib: Bəzi Avropa ölkələri Türkiyə qarşısında səhv, aqressiv və irqçi siyasətlər yürüdürlər. Onlar bu rəftarlarına düzəliş etməlidirlər.

Ərdoğan daha sonra deyib: Ankara digər ölkələr ilə əlaqələrini yaxşılaşdırmağa çalışır və daim müzakirə və diplomatiya kanalını açıq saxlayır.

Teqlər