Avq 11, 2018 10:20 Asia/Baku
  • Ankara Ağ Evə xəbərdarlıq edib

Türkiyə xarici işlər nazirliyi Amerikanı həmin ölkədən polad və alüminium idxalına rüsum tətbiq etməsinə görə münasib reaksiya ilə təhdid edibdir.

Türkiyə xarici işlər nazirliyi Amerikanın həmin ölkədən polad və alüminium idxalına rüsum tətbiq etməsi ilə bağlı dünən bir bəyanat yayaraq, bildirib ki, Türkiyə də Amerikanın yeni qərarı qarşısında cavab tədbiri görəcəkdir.

Türkiyə xarici işlər nazirliyi bildirib: Amerikanın sanksiya və təzyiqləri yalnız iki ölkə əlaqələrinə zərər vurur və ixtilaf diplomatiya, dialoq, xoşməramlılıq və qarşılıqlı anlaşma ilə həll oluna bilər.

Türkiyə xarici işlər nazirliyinin bəyanatında həmçinin deyilir: Polad və alüminium idxalına rüsum tətbiq edilməsi Ümumdünya Ticarət Təşkilatı qanunlarının pozulması sayılır.

ABŞ prezidenti dünən Türkiyədən polad və alüminium idxalına rüsumu ikiqat artırdı.

Amerika ötən həftə də Türkiyənin bu ölkədə həbs olunmuş amerikalı keşiş Andro Brunsonu azad etməkdən imtina etməsindən sonra Ərdoğanın nazirləri kabinetinin iki nazirinə qarşı sanksiyalar tətbiq etdi.

ABŞ-ın siyasi hərəkətləri ilə Türkiyə lirəsi bu il ABŞ dolları qarşısındakı dəyərini təqribən 35 faiz itiribdir. Türkiyə lirəsi dünən də dollar qarşısında özünün ən aşağı səviyyəsinə enibdir.

Türkiyə xalqının, xüsusən bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın tərəfdarlarının nöqteyi-nəzərincə, Türkiyənin milli valyutası ilə bağlı böhran əslində Amerikanın Türkiyəni zəiflətmək üzrə səyinin nəticəsidir.

Teqlər