Okt 08, 2018 11:58 Asia/Baku
  • Türkiyə prezidenti Camal Kaşıkçının taleyinin araşdırılmasına təkid etdi
    Türkiyə prezidenti Camal Kaşıkçının taleyinin araşdırılmasına təkid etdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Səudiyyə rejiminin qatı tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının taleyinin ən yüksək səviyyədə araşdırıldığını bildirib.

İRİB-nin verdiyi məlumata görə Rəcəb Təyyib Ərdoğan bazar günü İstanbulda yoxa çıxan ərəbistanlı jurnalist Camal Kaşıkçıya "dost" deyə xitab edib və deyib: Əlaqədar rəsmilər bütün izləmə kameralarının görüntülərini araşdırmaqla məşğuldurlar və İstanbul hava limanının giriş və çıxışları nəzarət altındadır. 

Camal Kaşıkçı çərşənbə axşamı (2 oktyabr) Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. 

Bəzi medialar isə bazar günü Camal Kaşıkçının cəsədinin İstanbulda aşkar edildiyini bildiriblər. Bu məlumata görə, Kaşıkçının parçalara ayrılmış cəsədi üzərində işgəncə izləri olub. 

Kaşıkçının adı Ali Səud rejiminin axtarışında olan və barəsində həbs qərarı çıxarılanlar siyahısında olub. Kaşıkçı terror edilməsindən qorxduğu üçün bir il idi ki, Amerikada, Vaşinqtonda yaşayırdı. 

Teqlər