Noy 28, 2018 13:08 Asia/Baku
  • Ərdoğan: Bəziləri regionun siyasi xəritəsini dəyişmək istəyirlər
    Ərdoğan: Bəziləri regionun siyasi xəritəsini dəyişmək istəyirlər

Türkiyə prezidenti deyib: Suriya, Yəmən, İraq və Fələstində böhranların yaranmasına gətirib çıxan böyük müharibə regionda siyasi xəritəni dəyişmək ardıncadır. Fələstin bütün müsəlmanların vicdanında qalacaqdır.

Rəcəb Təyyib Ərdoğan İstanbulda İslami Əməkdaşlıq Təşkilatının iqtisadi-ticari əməkdaşlıqlar üzrə daimi komitəsinin iclasında deyib: Nəqədər ki, müsəlmanlar və Haqq, ədalət və azadlığı dəstəkləyən insanlar varsa Fələstin də var olacaq. 

Ərdoğan deyib: Birinci dünya müharibəsi 100 il öncə sona çatdı, biz isə hələ də onun mənfi nəticələrinin şahidiyik və biz müsəlmanlar problemlərimizdən əziyyət çəkirik. Yəməndə milyonlarla insan aclıqdan əziyyət çəkir və biz müsəlmanlar bu barədə məsuliyyət daşıyırıq. Qərb ölkələri qarşımıza həll yolları qoymayacaqlar, ona görə ki, onlar sadəcə sərvətimizə goz dikiblər. Hər şey BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünun ixtiyarına verilib, biz isə onları gözləməməliyik və öz problemlərimizi özümüz həll etməliyik. 

Türkiyə prezidenti deyib: Bir terror qrupunu məhv etmək bəhanəsi ilə regionda terrorçu ölkələr yaratmağı planlaşdırırlar biz buna yox deməli və qarşısında durmalıyıq. Birinci dünya müharibəsinin sona çatmasının 100 illiyində ondan dərs almalı və həmən səhvləri təkrarlamamalıyıq.