Mart 23, 2019 10:12 Asia/Baku
  • Türkiyənin PKK-nın mövqelərinə qarşı hücumları davam edir
    Türkiyənin PKK-nın mövqelərinə qarşı hücumları davam edir

Türkiyənin müdafiə nazirliyi bu ölkə ordusunun PKK-ın İraqın şimalındakı mövqelərinə qarşı hücumundan xəbər verib.

Türkiyənin müdafiə nazirliyi dünən bildirib ki, bu ölkə ordusunun qırıcıları PKK-nın silahlı ünsürlərinin İraqın şimalındakı Qəndil və Zab məntəqələrində yerləşən hərbi mövqelərini bombalayıblar. Nəticədə onlardan bir qrupu ölüb və yaralanıbdır.

Bu hava hücumunda PKK ünsürlərinin silah və sursat anbarları məhv edilib.

PKK ünsürləri otuz ildən çoxdur ki, Türkiyənin mərkəzi hökuməti ilə silahlı mübarizə aparırlar.

Türkiyə son iki ildə PKK-nın mövqelərini hədəfə almaq üçün İraqın şimalında aviasiya və artilleriya hücumlarına başlayıbdır ki, bu da rəsmi Bağdadın kəskin reaksiyası ilə üzləşibdir.

 

 

Teqlər