May 05, 2019 09:32 Asia/Baku
  • Ərdoğan sionist rejim qırıcılarının Anadolu xəbər agentliyinin ofisinə hücumunu pisləyib
    Ərdoğan sionist rejim qırıcılarının Anadolu xəbər agentliyinin ofisinə hücumunu pisləyib

Türkiyə prezidenti dünən gecə twitter-də sionist rejim qırıcılarının Anadolu xəbər agentliyinin Qəzzə zolağında yerləşən ofisinin binasına hücumunu pisləyib. Həmin hücumda bu bina tamamilə dağılıbdır.

Rəcəb Tayyıb Ərdoğan vurğulayıb: Türkiyə və Anadolu xəbər agentliyi bu hücuma rəğmən, dünya xalqlarını sionist rejimin Qəzzədə və digər Fələstin məntəqələrindəki cinayətləri, zülmü və terrorizmi barədə məlumatlandırmaqda davam edəcəklər.

Türkiyə xarici işlər naziri də bu hücumu pisləyib. Bildirib ki, Anadolu xəbər agentliyinin Qəzzə zolağında yerləşən ofisinin binasına hücum, sionistlərin təcavüzlərinin yeni bir nümunəsidir.

Mövlud Çavuşoğlu əlavə edib: Sionist rejimin bu hərəkəti bəşəriyyətə qarşı cinayətin bariz nümunəsidir.

Sionist rejim qırıcıları dünən gecə Türkiyənin Anadolu xəbər agentliyinin Qəzzə zolağında yerləşən ofisinin binasına beş ədəd raket atıblar. Öncə qeyd etdiyimiz kimi, həmin hücumda bu bina tamamilə dağılıbdır.