Sen 23, 2020 20:04 Asia/Baku
  • Türkiyə Yunanıstanla qeyd-şərtsiz müzakirələr istəyib

Ədalət və İnkişaf Partiyasının sözçüsü deyib ki, Türkiyənin Yunanıstanla müzakirələrə başlaması üçün heç bir problemi yoxdur.

Səhər Azəri xəbər verir ki, Ömər Çelik Rəcəb Tayyıb Ərdoğanın sədrliyi altında Ankarada keçirilən partiyanın mərkəzi komitəsinin iclasında Şərqi Aralıq dənizinin son olayları barədə deyib ki, Türkiyə Yunanıstanla qeyd-şərtsiz müzakirələr aparmaq istəyir.

Bundan öncə NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizində toqquşmadan çəkinmək üçün texniki müzakirələrdə iştirak etməyi qəbul ediblər.

Türkiyənin Şərqi Aralıq dənizi bölgəsində kəşfiyyat-qazıntı əməliyyatları aparması üstündə bu bölgədə meydana gələn çəkişmələr son həftələr ərzində şiddətlənibdir.

Yunanıstan bəzi Avropa ölkələri ilə yanaşı, bu qənaətdədir ki, Türkiyənin hər cür qanunsuz hərəkəti gərginlikyaradandır. Onlar bu hərəkətlərinin nəticələri haqda Ankaraya xəbərdarlıq ediblər.

Türkiyə isə bildiribdir ki, bu ölkə yalnız özünün həmin dənizdə, eləcə də Qara və Egey dənizlərindəki hüquqlarını təmin etməkdədir.

Teqlər