Avq 19, 2017 08:39 Asia/Baku
  • Ankara-Berlin arasında gərginlik davam edir

Türkiyə prezidenti Almaniya türklərindən bu ölkədəki seçkilərdə "Türkiyə düşmənləri"nə səs verməmələrini istəyib.

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü jurnalistlərə verdiyi açıqlamada Almaniya türklərinə xitabən deyib: Türkiyə ilə düşmənçiliyin artması ilə daha çox səs qazana biləcəklərini düşünən Sosial Demokrat, Xristian Demokrat və Yaşıllar Partiyaları kimi sağçı və solçu radikal partiyalara səs verməsinlər. 

Ərdoğan əlavə edib: Türkiyə ilə düşmənçiliyi olmayan partiyanı dəstəkləyin. Bu seçkilər Almaniya vətəndaşlığı hüququna malik bütün türklər üçün şərafətli mübarizə mənasındadır. 

Ərdoğan deyib: Mən şəxsən Almaniyaya qaçan 4500 terrorçunun dosyesini Almaniya kansleri Angella Merkelə verdim. Lakin heç bir müsbət davranış görmədim. Qarşısında üç alman cinayətkarı azad etməyimizi gözləyirlər. 

Türkiyə prezidentinin açıqlaması bir neçə saat sonra Berlinin reaksiyası ilə üzləşdi. Belə ki, Almaniya xarici işlər naziri Rəcəb Tayyib Ərdoğanı Almaniya seçkilərində "müdaxilə"də suçladı. 

 

Teqlər

Şərhlər