Jun 16, 2018 17:04 Asia/Baku
  • Türkiyədə 20 PKK üzvü həbs olunub
    Türkiyədə 20 PKK üzvü həbs olunub

Türkiyə polisi PKK-ya üzvlükdə şübhəli bilinərək, həbs olunan şəxslərin sayının artmasından xəbər verib.

Türkiyə polisinin ikigünlük əməliyyatı zamanı 20 PKK üzvü həbs olunub.

Bu həbslər Diyarbəkir, Ərzrum və Hatay daxil olmaqla müxtəlif məntəqələrdə həyata keçirilib.

Deyilənlərə görə, son həbslər bu ölkədə qarşıdakı seçkilərin təhlükəsizliyinin təmini çərçivəsində həyata keçirilibdir.

Türkiyə polisinin məlumatına görə, həbsolunanların mənzillərində aparılmış axtarış zamanı iri miqdarda hərbi təchizat və rəqəmsal ləvazimatlar aşkar və müsadirə edilibdir.

Kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlanıb, lakin 2015-ci ilin iyul ayında Suruç şəhərində törədilən partlayışdan sonra dayandırılıbdır. Ondan sonra Türkiyə ordusu ilə PKK bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa ediblər.

Teqlər

Şərhlər