Avq 16, 2019 11:09 Asia/Baku
  • Amerika vaxtı hədəretmə və aldatma siyasətini kənara qoysun
    Amerika vaxtı hədəretmə və aldatma siyasətini kənara qoysun

Türkiyənin xarici işlər naziri Amerikanın regional məsələlər barədə vaxt hədəretmə və aldatma siyasətinin davam etməsi haqda xəbərdarlıq edərək, vurğulayıb ki, Ankara bu siyasətə dözməyəcək və əgər ikitərəfli əlaqələr gərginləşərsə, hər iki tərəf zərər çəkəcəkdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Syerra-Leonun xarici işlər naziri "Nabila Tunis" ilə müştərək mətbuat konfransında Trampın Suriyanın şimalında təhlükəsiz bölgənin 20 millik dərinliyi üçün verdiyi sözü xatırladaraq deyib: Suriyanın şimal-şərqində təhlükəsiz bölgənin yaradılması barədə Türkiyə-Amerika razılaşmasının detalları təyin edilməlidir.

O, sonra deyib:Bu bölgənin təşkilində məqsəd, onun PKK qüvvələrindən təmizlənməsi olubdur.

Çavuşoğlu ABŞ-ın nəticəsiz anti-Türkiyə hərəkətlərinə toxunub: Amerika Mənbicdə də elə bu planı icra etdi və öz sözünə əməl etmədi.

O, həmçinin F-35 qırıcları məsələsinə toxunaraq, vurğulayıb: Türkiyəni bu qırıcılar proqramından çıxarmaq məsələsi gündəmdə deyil.