Sep 27, 2019 12:28 Asia/Baku
  • Ərdoğan İrandan neft və qaz alqısının davamına təkid edib
    Ərdoğan İrandan neft və qaz alqısının davamına təkid edib

Türkiyə prezidenti ABŞ-ın İran İslam Respublikasına qarşı qanunsuz sanksiyalarına baxmayaraq, Ankaranın Tehrandan neft və qaz almağa davam edəcəyini vurğulayıb.

BMT Baş Məclisinin yetmiş dördüncü sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasından neft və qaz alışının və Tehranın Ankara ilə ticarətinin dayandırılmasının mümkün olmadığını söyləyib. Bildirib ki, Tehranın Ankara ilə ticarət mübadilələri davam edəcək və artacaqdır.

Türkiyə prezidenti əlavə edib: Ankara İrandan uzun müddətə qaz alqısına sadiq qalmaqda davam edir və Türkiyə öz ehtiyaclarının təmini əsasında hərəkət edəcəkdir.

Türkiyə özünə lazım olan elektrik enerjisinin 40 faizini təbii qaz yanacağından təmin edir və İran bu ölkənin enerji təminatçılarından biri sayılır.

Şərhlər