Okt 10, 2019 09:01 Asia/Baku
  • Türkiyənin Suriyanın “Qamışlı” bölgəsinə hücumunda dörd nəfər ölüb
    Türkiyənin Suriyanın “Qamışlı” bölgəsinə hücumunda dörd nəfər ölüb

Türkiyənin Suriyanın Əlhəsəkə vilayətində yerləşən Qamışlı şəhərinə qarşı raket hücumunda üç uşaq və bir qadın ölüb.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Suriya kürdlərilə mübarizə bəhanəsilə bu ölkənin şimalında hərbi əməliyyatın başlanmasından xəbər verdi.

Türkiyənin vitse-prezidenti Fuad Oktay da sözdə “sülh bulağı” adlı əməliyyatın rəsmən başlanmasından sonra deyib: Türkiyənin əməliyyatında məqsəd, sülhü Suriyaya qaytarmaqdır. Ankara bundan öncə bu hərbi addımda məqsədi, suriyalı didərginlərin öz ölkələrinə geri dönmələri üçün “təhlükəsiz bölgə” yaratmaq adlandırmışdı.

Türkiyənin ilk hərbi güllələrinin Suriyaya tərəf açılması ilə bir vaxtda bu hərəkətə qarşı geniş etiraz dalğası meydana gəldi. Müxtəlif ölkələrin siyasi rəsmiləri bu bölgədə real həll yolu tapmaq üçün fəaliyyətə başlayıblar. Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı beynəlxalq arenada geniş səviyyədə pislənibdir.

Suriya rəsmiləri vurğulayıblar ki, suriyalılar öz suverenlikləri və ərazi bütövlüklərini qoruyacaqlar.

Suriya demokratik qüvvələri, yəni Suriya kürdləri də bildiriblər ki, Türkiyənin hücumunu hərtərəfli bir müharibəyə çevirəcəklər.

Suriyanın şimal-şərqindəki bölgələrin köçəri tayfaları və şəhərlərin sakinləri Türkiyənin Suriyaya hücumuna etiraz olaraq, aksiya keçiriblər.

ABŞ-ın dövlət katibi də bu gün səhər tezdən iddia edibdir ki, bu ölkə Suriyaya hücum üçün Türkiyə hökumətinə yaşıl işıq göstərməyibdir.

Lakin ABŞ qüvvələrinin Suriya-Türkiyə sərhədi yaxınlığındakı bölgələrdən geri çəkilmələri bu bölgələrdə yarımhərbçilərə qarşı əməliyyat keçirmək üçün Vaşinqtonun Ankaraya yaşıl işığı kimi şərh edilibdir.

Amerika prezidenti Donald Tramp öz tvitter səhifəsində yaydığı mesajda Suriya olaylarına toxunaraq, yazıb: Müxtəlif qruplar arasındakı savaş yüz illər boyu davam edibdir. Amerika Yaxın Şərqə girməməli idi.

Suriya kürdləri Amerikanın hərəkətini bir növ xəyanət hesab ediblər.

 

Teqlər