Türkiyə ABŞ səfirini çağırtdırb
https://azeri.sahartv.ir/news/türkiyə-i354007-türkiyə_abŞ_səfirini_çağırtdırb
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2019 18:00 Asia/Baku
  • Türkiyə ABŞ səfirini çağırtdırb
    Türkiyə ABŞ səfirini çağırtdırb

Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb.

Amerikalı diplomat ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə görə XİN-ə çağırılıb.

Məsələ ilə bağlı Türkiyə tərəfinin etirazı səfirin diqqətinə çatdırılıb.

Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. 

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.