Yan 16, 2020 15:38 Asia/Baku
  • Ankara-Qahirə gərginliyi artıb
    Ankara-Qahirə gərginliyi artıb

Misir polisinin Anadolu xəbər agentliyinin bu ölkə paytaxtında yerləşən ofisinə basqını Ankara ilə Qahirə arasındakı gərginliyi artırıb.

Misir polisinin Anadolu xəbər agentliyinin Qahirədəki ofisinə hücumu və onun bir qrup işçisini həbs etməsi ilə bağlı Türkiyə xarici işlər nazirliyi Misirin Ankaradakı müvəqqəti işlər vəkilini çağırtdırıb.

Türkiyə xarici işlər nazirliyi bir açıqlamada Misir polisinin Anadolu xəbər agentliyinin Qahirədəki ofisinə hücumu və onun bir qrup işçisini həbs etməsini medialara qarşı nalayiq və repressiv hərəkət adlandırıb və onu pisləyibdir.

Türkiyə xarici işlər nazirliyi Qahirə başçılarından istəyibdir ki, bu medianın həbs olunmuş işçilərini dərhal azad etsin.

Misirin təhlükəsizlik qüvvələri çərşənbə axşamı günü axşamçağı Anadolu xəbər agentliyinin Qahirədəki ofisinə basqın edərək, onun, biri Türkiyə vətəndaşı olmaqla dörd işçisini həbs ediblər.

Misirin daxili işlər nazirliyi dünən gecə bildirib ki, Anadolu xəbər agentliyinin ofisi saxta xəbərlər yaymaqla Misirin imicini pozmaq istəyir.

Qahirə və Ankara 2013-cü ildən bəri öz diplomatik münasibətlərini səfir səviyyəsindən müvəqqəti işlər vəkili həddinə endiriblər. Misir ilə Türkiyə arasındakı ixtilaf Ankara ilə Liviya milli birlik hökuməti arasında hərbi və dəniz əməkdaşlığı barədə müqavilənin imzalanmasından sonra genişlənibdir.

Qahirə Türkiyənin Liviya milli birlik hökumətinə yaxınlaşmasının Türkiyə qüvvələrinin Şimali Afrika və Aralıq dənizində iştirakına gətirib çıxarmasından nigarandır.

 

 

Teqlər

Şərhlər