Yan 17, 2020 17:30 Asia/Baku
  • Türkiyənin Qahirədə keçirilən
    Türkiyənin Qahirədə keçirilən "Şərqi Aralıq dənizi qaz konfransı"na reaksiyası

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Misirin paytaxtı Qahirədə keçirilən "Şərqi Aralıq dənizi qaz konfransı"nı süni tədbir adlandırıb.

Hami Aksoy deyib: Bu iclas bəzi ölkələrin siyasi məqsədilərlə keçirilir və əgər bu konfransın əsl hədəfi, həmkarlıq olmuş olsaydı, Türkiyə və Şimali Kipr ona dəvət olunardılar.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qahirədə bir araya gələn konfrans iştirakçıları Türkiyəni Aralıq dənizinin şərqindəki enerji parametrindən silmək xəyalındadırlar.

Hami Aksoy həmçinin vurğulayıb ki, Ankaranın iştirakı olmadan Aralıq dənizinin şərqində heç bir səy uğur qazanmayacaqdır.

"Şərqi Aralıq dənizi qaz konfransı" dünən Qahirədə işə başlayıb.

 

Teqlər

Şərhlər