İyul 16, 2020 16:03 Asia/Baku
  • Türkiyə Avropa ölkələrini tənqid edib

Türkiyə prezident aparatının sözçüsü deyib: Qərb ölkələri 15 iyul 2016-cı ildə xalqın çevrilişçilər qarşısındakı müqavimətini dərk etmədilər.

SəhərAzəri xəbər verir, İbrahim Kalın bu uğursuz çevrilişin Türkiyənin milli təhlükəsizliyi üçün olan təhdidinə işarə ilə deyib: Belə bir vəziyyət ilə üzləşən hər bir ölkə FETO terror qrupunu aradan götürmək üçün sərt tədbirlər görər.

Bu türkiyəli rəsmi söyləyib: Bəzi Avropa ölkələri terrorçulara qarşı münasib addımlar atmaq yerinə, FETO təşkilatına qarşı tədbirlərinə görə, Ankaranı tənqid ediblər.

Türkiyə hökuməti iddia edib ki, Fəthullah Gülən və tərəfdarları hökumət orqan və təşkilatlarına sızaraq, Türkiyə hökumətinə qarşı uğursuz 15 iyul 2016-cı il hərbi çevrilişini təşkil etdilər, amma Gülən daima bu iddianı rədd edibdir.

Teqlər

Şərhlər